Dezinfeksiya (lat. Inficere — yoluxdurmaq) — xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün aparılan üsul və vasitələr. Dezinfeksiya və dezinseksiya əksepidemik işin tərkib hissəsi olub, törədicinin yoluxma yollarını və amillərini, deratizasiya isə infeksiya mənbəyinin aradan qaldırılmasına yönəlmişdir Dezinfeksiyanın əsas məqsədi infeksiyanı yayan əsas obyektləri (su, yeyinti məhsulları, məişətdə işlədilən əşyalar və s.) zərərsizləşdirməkdir. Dezinfeksiyanın bioloji, fiziki və mexaniki üsulları var: